Skripkaçı Səlim: “PSY-in əli ətə çatmayanda…”

28/02/2013 22:44
Səlim Abbasov

Səlim Abbasov

Bugün Azərbaycan incəsənətinə ağır itki baş vermişdir. Daha doğrusu bu itki artıq bir neçə müddətdir baş verib ancaq ictimayyət bunun haqqında ancaq dünən xəbər tuta bilib. Amma bu itki çox xoş itkidir və biz Azərbaycanda belə itkilərin tez-tez olmasını arzulayırıq.

Respublikamızın əməkdar artisti Səlim Abbasov ( Skripkaçı Səlim) bugün günorta saatlarında özünü və başını tamam itirib. Qəribə-qəribə hərəkətləriylə həkimlərin də diqqətini cəlb edən Skripkaçımıza yeni fəxri ad da verilib. Belə ki, Səlim artıq Respublikamızın səydərəm artisti adını daşıyır.

Səlim özü isə bu qərarnan razılaşmır. Deyirki “Mənə heçnə olmayıb,  bu mənə qarşı təxribatdı. Gangnam Style oxumağımı qısqanırlar. Bu birbaşa PSY-nın sifarişidir. PSY-in əli ətə çatmayanda deyir iylənib.ooo seksi leydi. op-ooop” (red: həkimlər Səlimi aparır)

Səlim mahnı oxumağı sevdiyini və yaradıcılğına davam edəcəyini deyir. Səlimi həkimlər aparmamışdan əvvəl o söhbətində bəzi maraqlı məqamları da qeyd etdi “Mən artıq  meyxanaçı Zema ilə də işləyirəm. Yeni proyektlərimizi gözləyin. Allah özü qorusun sizi.”

Sonda Skripkaçı Səlim bir əlavəsi olduğunu dedi…” Mənə dəli deyirsiz, görün indi mənə bu əməkdar artist adını verənlər nədilər də..ooop-opp, heeey seksi ledi….”

Sonda Sizə Skripkaçı Səlimin bu hadisələrə səbəb olan videosunu təqdim edirik.

 

Şərhlər