HƏFTƏLİK ULDUZ FALI: 18-25 FEVRAL 2013-cü İL

16/02/2013 21:46
Ulduz Falı

Ulduz Falı

QOÇ –  “Pozitiv olaq”, “dostlar, dünyanın xilası bizim əlimizdədir” kimi statuslar yazıb camaatı bezdirməyin.

BUĞA – Bu həftə hər şey tamam başqa cür olacaq. Amma bunun sizə təsiri gözlənilmir. Siz yenə – səhər 8, axşam 6…

ƏKİZLƏR – Bu həftə gözlənilməz təkliflər ala bilərsiniz. Poke edəcək, ignore edin. Bloka atın.

XƏRÇƏNG – Siz hələ də emosionalsınız? Ayıbdır e, qonum-qonşu sizin haqqınızda bilirsiz nə danışır?

ŞİR – Astroloqların verdiyi məlumata görə, evdə şir olursunuz, çöldə dovşan… Belə olmaz.

QIZ – Qız bürcündən olan oğlanlar, bu həftə də sizi bürcünüzə görə ələ salacaqlar…

TƏRƏZİ – Siz nə fərasətsiz adamlarsınız? Tərəzi bürcü ola-ola sizə yenə bazarda tərəzidə atacaqlar…

ƏQRƏB – Sevgi məsələlərində irəliləyiş olacaq. Yəni, Filankəsov Filankəs changed his status from “single” to “in an open relationship”

OXATAN – Oxatanlar, çox atan olmayın. Insafınız da olsun…

OĞLAQ – Bu həftə sizə elçilik gözlənilir; “Qız sizdən, oğlaq bizdən…”

DOLÇA – Qabanna-dan geyindiyiniz şalvar original deyil. Dolça yox, Dolçe olmalıydı.

BALIQLAR – Balıq Hafizlə eyni adı daşımaq hissi necədir? Astroloqlar soruşur.

 

Şərhlər