15 yaşlı uşaqlar problemin həll yolunu cədvəli tərs tutmaqda görürlər.

15/02/2013 13:58

Məleykə AbbaszadəMəleykə Abbaszadənin “Azərbaycan 15 yaşlı uşaqların bilik səviyyəsinə görə 57 ölkə arasında 56-cıdır.” açıqlaması ölkə ictimaiyyətində təhsilin səviyyəsi ilə bağlı suallar yaratdı.

Məleykə Abbaszadə deyir ki: “ Biz özümüz də nəticələri belə gözləmirdik, ölkədəki təhsilin səviyyəsi hahaha.. ( gülməkdən danışa bilmir). Səviyyə sözünə görə üzr istəyirəm. Ölkədəki təhsilin səviyyəsizliyi bizi də heyrətləndirdi. Bu gündən biz də öz qurumumuzun adını dəyişib “Avara Qəbulu üzrə Dövlət Komitəsi” edirik.“

Bizim dəqiq, vicdanlı, ləzzətli sloqanımızdan yola çıxan müxbirimiz ikinci tərəfin yəni 15 yaşlı uşaqların da mövqeyini öyrənə bilib. 15 yaşlı uşaqlar bu sıralamada heç bir problem görmürlər. Onlar özlərinə görə həll yolu da tapıblar. Bildirirlər ki, “problemin həll yolu cədvəli tərsinə tutmaqdı, bu qədər şişirtməli nə var ki burda?”

15yashliBu məhəbbət üçbucağının üçüncü tərəfi – Təhsil Nazirliyi də 15 yaşlı uşaqların fikri ilə razılaşdığını bildirib. Təhsil Nazirliyi rəsmisi bizim müxbirimizə ekskluziv açıqlamalar edib :

“ Uşaqların fikri ilə tamamilə razıyıq. Xəbər yalandan böyüdüldü. Həm də əsas o 57-ci ölkəni tapıne Siz, gedin onlara baxın sonra bizə baxın, ölkəmizdəki inkişafı görün! “

 

Şərhlər