Mənim öyrətdiklərim – YENİ ŞEİR

13/02/2013 17:47

Əhməd ÜzəduranDərin şeirləri ilə indidən klassik şairlər arasında özünə yer tutan gənc şairimizlə tanış olun.

Adı Əhməd Üzədurandır.

“Yer verdim AŞKa”, “yox, siz oturun, mən qabaqda düşəcəm dedi” kimi şeir kitablarının müəllifidir.

Yeni çıxan “yeni şeirlər” adlı kitabında şairin köhnə şeirləri dərc olunmuşdur.

 

Mənim öyrətdiklərim

 

Sənə bığ saxlamağı mən öyrətmişəm,

Bir burun altda, üst dodaq üstə…

 

Sənə söz tutmağı mən öyrətmişəm,

“oldu, müəllim, baş üstə…”

Sənə sirr saxlamağı mən öyrətmişəm,

Bir daş altda, bir daş üstə…

 

Sənə dalaşmağı mən öyrətmişəm,

Başqa məhlədə, bir qız üstə…

Sənə bıçaq çəkməyi mən öyrətmişəm,

Bir çəp baxışda, bir söz üstə…

 

Sənə laptop işlətməyi mən öyrətmişəm,

Bu balaca stulda, bu diz üstə…

 

Sənə qız tutmağı mən öyrətmişəm,

Gitara çalaraq, şur muğam üstə…

 

Sənə dərsə getməyi mən öyrətmişəm,

Araz üstə, buz üstə tello,

Kabab yanar köz üstə tello…

 

Şərhlər