“Salam, xahiş edirəm, adım anonim qalsın…”

13/02/2013 14:16

İllər əvvəl “internetdəki bütün mahnıları sömürməliyəm, yükləməliyəm!!!” deyib dial up-la yüklədiyimiz mahnılardan tanıdığımız Unknown Artist kimliyini dünya ictimaiyyətinə açıqladı!

İlk başda “salam, xahiş edirəm, adım anonim qalsın…” deyən müğənni illər sonra şəxsiyyət ikiləşməsindən əziyyət çəkdiyini bildirdi; “Bu addan istifadə edənlər də oldu. Hətta biri çıxıb demişdi ki, Azərbaycanda ən çox dinlənilən xarici müğənni Unknown Artist var e, o mənəm, utanmaz-utanmaz solo konsert də vermişdi. Mən belə şeylərdən yorulmuşam… İndi istəyirəm, hamı bilsin ki əsl Unknown Artist mənəm…”

Məşhur müğənni bu xəbəri dünya mətbuatına çatdırmaq üçün Qazzetti.Com-a üz tutdu.

Belə ki, “gasolina”, “dale don dale”, “diskoteka boom boom”,  “дорожка 01″ kimi hitlərə imza atan müğənni sən demə Niyaməddin Musayev imiş!Niyameddin_Musayev

Müxbirimizin sualına sərt şəkildə cavab verən Niyaməddin Musayev “mən bu mahnılardan heç vaxt utanmamışam. Hər kəsin keçmişində belə qara xatirələr var…” deyə əlavə də etdi.

Sonda Niyaməddin Musayevin gələcək planlarını soruşduq. O “dünya sənin, dünya mənim…” mahnısına klip çəkdirəcəyini, amma klipdən əvvəl dünyanın kupçasını almağı planlaşdırdığını söylədi.

Şərhlər