Ruud Gullit : “Van Persie gullit eləyib, başını daşa döyüb”

10/02/2013 21:21

gullitİnsanların ciddi dəstəyini alan və səs-küylü müzakirələrə səbəb olan #getozananibaciniop aksiyası artıq öz nəticələrini verməyə başlayıb. Belə ki, artır digər ölkələr də bu məsələylə bağlı ciddi mövqe ortaya qoyurlar.

Azərbaycan jurnalistikasının başlanğıc və eyni zamanda da bitiş nöqtəsi olan AzTV demiş, çox uzağa getməyək götürək elə qardaş Holland xalqını.
Van Persienin doğma vətəni də artıq ondan üz çevirib. Holland xalqı yatmayıb, gecə-gündüz Van Persie-nin Azərbaycanın milli-mənəvi dəyərlərinə etdiyi hörmətsizliyi düşünür. Onlar Van Persie-ni düşmən dəyirmanına su tökməkdə və iki qardaş xalqın əbədi dostluğuna zərbə vurmaqda günahlandırırlar. Holland sadə vətəndaşı, paytaxt sakini qeyd edir ki: “Bu başıbatmışın da yaxşı zərbə vurmağı var da…”

Hollandiyaya ezam olunmuş və bundan sonra Hollandiyada qalıb gay olmağa qərar verən müxbirimiz isə Van Persie-yə son zərbənin Hollandiya kralı tərəfindən vurulduğunu deyir. Üzdən iraq müxbirimiz qeyd edir ki, Hollandiya kralı bugün səhər saatlarında Van Persieni “xalq futbolçusu” adından məhrum edib.

Hollandiyanın yaşayan əfsanəsi, canlı korifeyi, ölməz sənətkarı, niyaməddin musayevi Ruud Gullitdə bu xəbəri eşidib təəssüfləndiyini bildirib, o deyib ki, ” Persie gullit eləyib, başını daşa döyüb. həmin şeyi onun bacısına eləsələr o nə reaksiya verərdi? Aksiya iştirakçıları düz ediblər. Bir türk qadınını yalnız onun əri öpə bilər. Bizim milli mentalitetimiz gərək qorunsun. Van Persie də getsin öz qızlarını öpsün. Türk qadını üçün yetərincə türk kişiləri var.”

Şərhlər