Həftəlik Ulduz Falı: 25-31 May

25/05/2015 20:33
Ulduz Falı

Ulduz Falı

QOÇ – Həftəsonu oxuduğunuz uğur hekayələrinin təsirilə həftəyə həvəslə başlayacaqsınız. Amma ikinci gün portmanatınıza baxanda hər şey normal vəziyyətinə qayıdacaq.

BUĞA – Bu həftə üçün planladığınız sevgilinizlə baş-başa kinoya getmək fikri yenə Nizami k/t-nın işçiləri tərəfindən xəbərdarlıqla nəticələnəcək.

ƏKİZLƏR – Sinoptiklərin verdiyi xəbərə görə, bu həftə əkizlər üçün də isti keçəcək. Siam əkizlərinin daha ehtiyyatlı olması tələb olunur.

XƏRÇƏNG – Havalar istiləşir, amma dənizə girməyə tələsməyin. Əvvəlcə şalvarınızı soyunun. Nolub, qaçaqaçdı? O dəniz, o da sən.

ŞİR – Əziz şir bürcləri, yenə bu ay aldığınız krediti üç ay sonra ödəyə biləcəksiniz. Amma yenə alt paltarınıza qədər sizdən tutub alacaqlar.

QlZ – Əziz qızlar, tanış olaq? Adım Caviddi.

TƏRƏZİ – Tərəzi bürclərini həyəcan dolu həftə gözləyir. Blokda gizlətdiyiniz siqaret qonşunuz alkaş Rafiq tərəfindən tapılaraq yerindəcə zərərsizləşdiriləcək.

ƏQRƏB – Bu həftə əqrəblər üçün sakit keçəcək. İki ölü, 22 yaralı, üç avtomobil qəzası, təyyarə ilə metronun toqquşmasını saymasaq…

OXATAN – Bu həftə oxatan kişiləri kədər dolu günlərlə qarşılaşacaq. Amma unutmayın ki, hər kişinin həyatında bir “qurban olum, şey eləmə” deyib ona təsəlli verən olur.

OĞLAQ – Əziz oğlaqlar, bu günə qədər oğlaqın nə olduğunu bilməmisiniz və öyrənməmisinizsə daha bundan sonra öyrənmək sizə heç nə verməyəcək.

DOLÇA – Bu həftə sizin üçün çox ağır keçəcək. Belə deyim, insanın incəsənətlə məşğul olan sevgilisinin olması yaxşıdır, amma it leşi pianinonu beşinci mərtəbəyə çıxarmağı sizdən xahiş etməsi…

BALIQLAR – Əziz balıqlar, hər həftə olduğu kimi bu həftə də ulduz falını açan kimi səhifəni aşağı gətirməyin kədərini yaşayacaqsınız. Bircə ay gec doğulsaydınız indi qoçlar kimi tez-bazar oxuyub qurtarmışdınız.

Şərhlər