Bakıda Ventilyator Mağazasında Namus Üstə Dava – ÖLƏN VAR

17/02/2014 17:51

fan-repairing-services-250x250Boş vaxtlarında Dərnəgül bazarında aliminium satan Bəxtiyar adlı müxbirimizin verdiyi məlumata görə, bu gün saat 14:00 radələrində Bakının Dərnəgül bazarında cinayət hadisəsi baş vermişdir. Namus-qeyrət zəmnində baş verən hadisədə Göyçay kənd sakini (red: niyəsə bütün qatillər Göyçaydan çıxır) 22 yaşlı Bəhruz Ələkbərovu qətlə yetirmişdir.

Kinolardakı kimi hadisə yerinə ən gec gələn polislərə verdiyi məlumata görə, Göyçay sakini 22 yaşlı gəncin ventilyatorlara dediyi sözləri həzm etməyərək iki bıçaq zərbəsi vurub. “Ventilyatoru qurdalıyırdı, mən soruşdum ki, alassan əlləyirsən? Dedi, yox eləcə fırladıram(red:fırradıram). Mən də dözmədim vurdum. Bizim işdə almayıb əlləmək, fırlatmaq (red: fırratmaq) yoxdu. Gərək kişi sözünü bir yerə qoya bilsin.” deyən Göyçay sakini etdiyi əməldən peşman olmadığını deyir. Öz gülməli papaqları ilə həmişə başqalarının diqqətini çəkən polislər isə tez-tez belə hadisələrlə rastlaşdıqlarını deyir: “Dərnəgül bazarında belə hadisələr çox olur. Turba zarafatı eləyənlər, armatur zarafatı eləyənlər… Bizim çörəyimiz də bundan çıxır.”

Xatırladaq ki, faktla bağlı cinayət işi açılıb. Bağlı cinayət işinin açılışında Göyçay rayon rəsmiləri də iştirak edib. Cinayət işinin açılışında Göyçay Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ilk çıxış edənlərdən olub: “Namus və qeyrət cütlüyü bizim üçün Messi – Neymar, Ronaldo- Bale qədər qiymətli və vacib cütlükdür. Ventilyatoru əlləmək, fırlatmaq, döndürmək lazım deyil. Məhşur türk filmində də deyildiyi kimi: “ Ventilyatoru buraxın getsin. Dönərsə, sərindir. Dönmürsə, deməli xarab olub da” ” Göyçay icra hakimi çıxışını çox maraqlı bir ifadə ilə sonlandırıb: ”Hər birimizin içində bir ventil yatır. Onu döndürmək isə hər bir Azərbaycanlının ümdə vəzifələrindən biridir. Ümdə sözünə lüğətdən baxarsınız” Açılışın rəsmi hissəsi bitdikdən sonra tədbirin əyləncəli hissəsinə keçilib. İnsanlar “Yar o yana döndər məni, yar bu yana döndər məni” kimi mahnılarla əyləniblər. Daha sonra Göyçay sakini təntənəli şəkildə həbs olunub”

Şərhlər