GÜNLÜK ULDUZ FALI: 17 FEVRAL

17/02/2014 10:52
Ulduz Falı

Ulduz Falı

QOÇ –Keçən həftəki həyat təcrübələrinizdən aldığınız dərsləri bu həftə unudacaqsınız. Dərslərinizə yenə yaxşı hazırlaşmamısınız. Gələn dəfə valideyinlərinizlə gəlin. Bizim üçün ya da birlik üçün oxumursunuzki, özünüz üçün oxuyursunuz da. Oxumuyub fəhlə olmaq istəyirsiniz? Yenə əsəbləşdirdiniz bizi.
BUĞA – “Çərpələng uçurdan” kitabı bu həftə də həyatınızın ən təsirli kitabı olaraq birinciliyini qoruyacaq və bununla bərabər dağlardan səda gələcək. Bu gün də gizli-gizli Rəşad Dağlının meyxanalarına qulaq asacaqsınız.
ƏKİZLƏR – Uğurlarınızı qısqanan, Sizə paxıllıq edən insanları bu həftə də məyus edə bilməyəcəksiniz.
XƏRÇƏNG – İntellektuallar arasında yenə öz səssizliyinizi qoruyacaqsınız. Tək çıxış yolunuz “susmaq qızıldır” sözü olacaq. Sizin də susqunluğunuz əsalətinizdəndir? Əsalət Şükürovdan Sizə salamlar var. Hahaha.
ŞİR – Sirrlərlə və şirlərə dolu bir həftə Sizi gözləyir. Çox gözlətməyin. Siz bu həftə şirlərin həyatını, münasibətlərini öyrənə biləcəksiniz. Bu gün saat 22:00-da National Geographic izləməyi unutmayın!
QIZ – Adrenalin dolu bir həftə sizi gözləyir. Dibə doğru tam sürətlə getməyə davam edəcəksiniz. Bu həftə də digərləri kimi olacaq. Yenə qız qızıla dönəcək amma bir “kopayoğlu”nun xəbəri olmayacaq.
TƏRƏZİ – “Kimə atıb qabağa düşək” sualı bu həftə də cavabsız qalacaq. Tərəzidə atmağı tərgidin…
ƏQRƏB – Artıq başa düşməlisiniz: qumarda uduzan həmişə sevgidə udmur. Bəli, topaz da qumardır. Yaponiya liqasının oyunlarında Sizin nə işiniz varıydı axı.
OXATAN – Bu həftə də həmin o qəşəng qızın yanındakı çirkin oğlan olmayacaqsınız.
OĞLAQ – Tvitter-də yaratdığınız hashtag yenə boynu büyük, gözü yaşlı, tək başına… Siz ən yaxşısı facebook-da gülməli pişik videoları paylaşmağa davam edin.
DOLÇA – Bu həftə özünüzçün yeni bir şeyi kəşf edəcəksiniz. Ay sağ ol, o qız sənə cavab yazmırsa, deməli sevgilisi var. Öyrənməyin yaşı yoxdur…
BALIQLAR – Bu həftə cəsarətinizi toplamaq üçün son həftədir. Axı Günka kimdi ki, 3 həftədi ona yazmağa cəsarət etmirsiniz. Siz daha yaxşılarına layiqsiniz…

Şərhlər