“Yeraltından kitablar”-a rəqib “VAZ 21-06-dan kitablar”

14/09/2013 23:52

970704_206014209558333_128802094_nBu günlərdə sosial şəbəkələrdə pivənin qiymət artımına yeniyetmələr və gənclərdən etirazlar gəlir. Qazzettinin haqlının yanında, haqsızın qarşısında, pivə alanın stolunda oturan, hacı pivəsi içib, bacı söhbətinə gözü yumulu gedən müxbirimiz bu məsələnin də araşdırıb, gün üzünə çıxarıb.

Belə ki, facebook səhifəsində bir qrup gənc Yeraltı kafesində pivənin qiymətlərinin qalxmasına ciddi etiraz aksiyasına başlayıblar. Ölkədə hərşeyin ideal olduğunu, yeganə mənfi cəhətin məhz pivə qiymətləri olduğu, qiymət dəyişikliyinin ölkənin stabilliyinə zərbə vurduğunu, ictimai asaişi pozduğunu iddia edən bu gənclər öz fikirlərini müxbirimizlə bölüşüblər:

“Bu şəxslər pivənin qiymətini qaldıraraq bizim hüquqlarımızı tapdalayırlar. Ölkədə potensial inqilabı gecikdirillər. “Pivə içib inqilab edən uşaqlar” deyir hamı sosial şəbəkələrdə, qəzet, jurnallarda. Bax, biz həmin uşaqlarıq, biz olmasaq nə olacaq? Biz gedirik ora, deyirik pivə bahadı, bizə deyirlər ki, “pivələyir pivələsin, pivələmir özü bilsin.” Bu nə biganə münasibətdir. Biz bu məsələni Milli Məclisə çıxardacayıq, ucuz pivə bizim “kruq”-un milli-mənəvi dəyəridir”

Yeniyetmələr Yeraltı kafedə keçirilən digər dəvətlərlə bağlı da danışıblar :

“Poetry slam keçirdirlər hər altıncı gün orda, camaat yığışıb şeir deyir, biz daha o tədbirlərə də qatılmayacayıq. Poetry slam nədi? Əsl slam bu deyil! Bir poet tanıyırıq biz, o da slam sarvan. Həmişə uşaqlarla bir-birimizə deyirdik ki, dur gedək poetryə bir slam verək, amma artıq deməyəcəyik. Hələ orda şeir deyənlərdən biri bir dəfə vajina sözünü işlətmişdi. Ayıb deyiı? Həmin şeyi sənin anana-vajina eləsələr xoşuna gələr? Bundan başqa Yeraltına hamı deyirdi ki, orda nəfəs almaq olmur, siqaret tüstüsüdü. Onu da eləyən biziydik də, indi amma onlar haqqında heç kim belə danışa bilməyəcək. Bizim həyatımızın tək mənası olan ucuz pivə orda niyə menyudan çıxardılmalıdı axı”

Facebookdan bir-birini tanıyan, orada yatıb, orada durub, orada da etiraz edən yeniyetmələr Yeraltı kafesinə alternativ də fikirləşdiklərini deyiblər:

“Bizim Yeraltına alternativ fikrimiz var. Bizdə bir uşağın atasının vaz 21-06 markalı maşını var, onu götürüb nolaltıdan kitablar edib, ucuz pivə satacayıq. Bizim döyüşümüz ucuz pivə döyüşüdür!”

Şərhlər