Zahid Oruc: “Vahid namizəd yox, Zahid namizəd”

14/09/2013 22:52

C169AE76-AA45-4855-B802-FEFF95018334_mw1024_n_sAzərbaycanda bu ilin seçki ili olması xüsusi ilə son aylarda ard-arda fərqli hadisələrin olması barədə əvvəldən xəbər verirdi. İstənilən sahədə özünəməxsusluğu ilə seçilən ölkəmizdə seçki prosesi də xüsusi və maraqlı keçir. Seçki ilində ilk xəbərimiz prezidentliyə ən böyük namizədlərdən biri olan Zahid Oruc haqqındadır. Zahir Oruc özü bizim hər söhbətə seçən müxbirimizi taparaq, ona müsahibə vermək fikrində olduğunu deyib.

O ilk sözləri ilə müxbirimizi həyəcanlandırıb :

“Bu il mənim üçün çox verimli il olub. Namizədliyimi vermişəm, Sizə müsahibə verirəm, seçkilərdə səs verəcəm, avtobusda böyüklərə yer verəcəm, siyasət tələb etsə çıxsaq aşka da yer verərəm. ”

Daha sonra Zahid Oruc seçkiylə bağlı planlarını açıqlayıb :

“Mən nəinki Azərbaycan, bütün dünya üçün real təhlükəyəm. Təhlükənin Zidanıyam mən. Zidanın da yarısından dönsən kardır. Mən arada olur belə bilmirəm nə danışıram amma əsas odur ki, Azərbaycan heç də mənim kimi namizədə hazır deyil. Bizim partiyanın rəhbəri Fəzail Ağamalı belə məndən üz döndərib. Düzdü üzünü döndürəndə də onun bığları görsənir amma yenə də. Mən bildirmək istəyirəm ki, Azərbaycan xalqı səbrli xalqdır, hər şeyə hətta mənə də hazırlıqlı olsunlar. Bu arada MSK-ya da həm məni ciddiyə aldıqları üçün, həm də verdiyim namizədliyi aldıqları üçün təşəkkürlərimi çatdırıram“

Müxbirimizin “Zahid bəy, deyirlər namizədliyinizi kiminsə xeyrinə geri götürəcəksiniz, düz söhbətdir?” sualı qarşısında Zahid Oruc əvvəl çaşsa da, cavabı xeyli maraqlı və odlu-alovlu olub.

“Namizədliyi geri götürmək də olur? Mən bilmirdim. Bəs o biri namizədləri vuranda əlavə xal da verillər? Amma mən geri götürmərəm yəqin. Mən ümumiyyətlə nə söz götürən, nə namizədlik götürən oğlan deyiləm. Müxalifətdə vahid namizəddirsə, məndə Zahid namizəddir! Müxalifət seçilməyəndə aclıq aksiyası edir amma Zahid həmişə Orucdur”

Zahid müəllim özünün şəxsi planlarından da danışıb :

“Mən özümə yeni siyasi kurs açacam. Ukraynada attestatsız təhsildi, avropada təhsildi hamısı mənim siyasi kursuma daxil olacaq. Zahidin siyasi kursu heçvaxt düşməyəcək! Görürsünüz ki, mənim siyasi kursum da avropaya doğrudur”

Zahid bəy öz müsahibəsini kədərli notlarla bitirib :

“Mən hamını mənə səs verməyə çağırıram. Onlara öz iki yeni şeirimdən kiçik parçalar təqdim edirəm

“Seçkilər bir üzü xoş, daxili bir qorxulu yar
Seçkilərdə qarışıq bilməcələr kölgəsi var”

“Minəsən bir avtobusa
Boş e, bom-boş olasan,
Zahid yer verə sənə,
Sən də deyəsən,
Verin namizədliyinizi saxlayım”

Şərhlər