Z.Məmmədov: “Balıqlar alternativ yollardan istifadə etsin”

13/08/2013 15:12

new-england-patriots-owner-vladimir-putin-stole-my-super-bowl-ring-and-george-bush-told-me-to-forget-about-itBildiyiniz kimi Putinin Bakıya gəlişi kifayət qədər səs-küyə səbəb oldu. Bu səs-küyün əsas səbəbi isə birbaşa olaraq Putinin Bakıya hərbi gəmi ilə gəlməsi oldu. Bu səfərlə bağlı ətraflı və düzgün məlumatı isə Qazzetti sizə çatdıracaq. Putinin Azərbaycana səfər etdiyini eşidən Rusiyadaki həmyerlilərimiz, həm də yersizlərimiz ( red:pasportu olmayanlar) Putini yola salmağa limana qədər gəliblər. Öz mükəmməl rus dilləri ilə Putinə “Putin açıq olsun, braat” deyərək, onu yola salıblar. Rusiyadaki azərbaycanlılar Bakıdaki qohumlarına “Putin, qaqaş, gedirsən də onsuz da , bu pulu da götür orda bizimkilərə verərsən, elə düşən kimi özləri səni tapacaq” deyərək pul göndərmək istəsələr də, bu istəkləri baş tutmayıb.

Bundan başqa Rusiyada gəzən söz-söhbətlər arasında Putinin “Səni axtarıram” verilişinə çıxıb, hələ gənc yaşlarında onu aldadıb, qəlbini oğurlayan Azərbaycanlı bir kişini axtarmaq üçün gəldiyi də deyilir. Bunu eşidən azərbaycanlılar isə elə gəmi yol çıxar-çıxmaz “axır gəmin olsun brat, inşallah sevdiyinlə qovuşarsan” deyərək ağlamağa başlayıblar.Rusiya mətbuatının verdiyi xəbərdə Putinin həyat yoldaşından məhz bu səbəbdən ayrıldığı da deyilir. Putinin səyahət boyu kədərli olması da bu söz-söhbətlərin yayılmasına şərait yaradıb.

Putinin dənizlə romantik səyahətə çıxmasından əlavə gecə olarkən dindarların yeni sevimlisi, gənc şair Aqşin Yeniseydən sitat gətirməsi də diqqət çəkib. Putin yatmağa gedərkən sadəcə bu sətirləri deyib : “Gecəni söndür yataq, gəmi kimi yorğunam. Özü də hərbi gəmi”. Bütün bu söz-söhbətləri bilməyən Rəsmi Bakı isə rəsmi səfərə hazırlaşır. İstədikləri hər şeyə mahnı qoşmaqda usta olan Bakı rəsmiləri Putinin gəlişi ilə də bağlı yeni mahnı hazırlayıblar. Mahnının nəqarətində Putinin adı da çəkilir: “Gəmi gələndə verir fitini, gəlir Bakıya girir rusun Putini” Bundan başqa həmişə olduğu kimi Nəqliyyat Nazirliyi də xüsusi iş rejiminə keçib.

Nəqliyyat Nazirimizin yollarla bağlı yeni açıqlaması isə Hacıbala Abutalıbov, Tağı Əhmədova yeni rəqib gəldiyindən xəbər verir. Açıqlamada deyilir : “Normal yollar heç, onlar Putin gəlməsə də bağlıdı da. O dənizlə gəldiyiniə görə biz dəniz yollarını da bağlamalıyıq. Balıqlardan xahiş edirik, alternativ yollardan istifadə etsinlər” Məsələ ilə bağlı Balıq Hafizdən mövqe öyrənmək istəyən müxbirimizə Hafiz müəllimin açıqlama verməməsi isə müxbirimizi bərk əsəbləşdirib. “Ə putin çatır bunun da qulaqlarını kəs də” deyən müxbirimizi hadisə yerindən güclə uzaqlaşdırıblar.

Şərhlər