Paradın proqramı bəllidir: Mahir – Ay parad, ay parad… Nadir Q – Parad, parad, parad…

25/06/2013 23:47

azer-ordu-parad-2008Qazzetti-nin dəqiq, cəld və öfkəli müxbiri ictimaiyyətə açıqlanmayan paradın proqramını ələ keçirib. Belə ki, sabah Bakı şəhərində baş tutacaq paradda yerli və xarici müğənnilərin, qrupların iştirakı gözlənilir.

Son vaxtlar “Maral, maral, maral” mahnısı ilə rekordları qıran Nadir Qafarzadə sabah ən yeni mahnısını təqdim edəcəyini bildirib.  “Parad, parad, parad” adlanan bu mahnının ifası üçün Nadir Qafarzadə heç bir pul almayacağını da qeyd edib: “Mənim paradda, pulda gözüm yoxdu. Inanmırsız, gedin soyuducumu açın. Mənim altımda Toyota Parado maşını  var, asqıranda parad tökülür hər yerimdən görürsüz…”

Müxalif müğənni Azər Cırttan isə konsertə çağırılmağını hələ də başa düşməyib: “Bu paradda nəsə paradoks var. Axı məni niyə dövlət təbirinə çağırırlar?” Amma Azər Cırttan təklifi qəbul etdiyini və paradda yeni  “Uzağın paradı var, uzağın paradı sənsən” mahnısını oxuyacağını qeyd edib.

Mahir Aybrat  də konsertə çağırılanlar arasındadır. “Harda parad, orda aybrat!” deyib konsertdə iştirak edən meyxanaçı, Azərbaycan  gangsta axımının yaradıcısı, junkie Mahir Aybratın oxuyacağı mahnı da məlumdur: “Yenə türmə, yenə qazamat, ay parad, ay parad…”

Müxbirimizin qeyd elədiyinə görə, yaxın Türkiyədən və uzaq xaricdən də müğənnilərin iştirakı gözlənilir. Coldplay – Paradise, Murad Boz – Ayrıcalıklar bu paradda mahnılarını da ifa edəcəklər.

 

 

Şərhlər