Samiraldo Azis haqqında: “Azisim Azisdi, tərbiyəsi ondan da Azisdi. Elələrini Bakıya buraxmaq olmaz…”

21/06/2013 14:22

5370_9xv6wc2il5Qazzettinin növəti xəbəri bu yaxınlarda yerli mediada haqqında kifayət qədər danışılan Samiraldo haqqındadır. Yerli və yersiz mediada yazılanlardan fərqli olaraq, Qazzetti Samiraldo haqqında tamamilə yeni faktı açıqlayacaq. Belə ki, gənc oğlanların sevimlisi, Azərbaycan ədəbiyyatını bir əsr qabağa aparmış, öz xüsusi tərzi ilə xüsusi hörmət qazanmış Samiraldoya Tovuzun Turan klubu elçi düşüb..

Məşhur yazıçı, gənc alim, avtobusda qocalara, kitablarında aşka yer verən Əhməd Şahidovun Samiraldo haqqında yazdığı kitab məşhur stilistin həyatında dönüş nöqtəsi olub. Stilist müxbirimizlə söhbətdə özü də bunu qeyd edib : “Mən dönüş nöqtələrinə öyrəşmişəm, həyatımdaki dönüş nöqtəsindən əvvəl, bir dəfə də cinsimdə dönüş nöqtəsi yaşamışam..” . Belə görsənir ki, incəsənətdən ədəbiyyata qədər uzanan bu uğur hekayəsində növbəti dayanacaq isə idmanımız , daha dəqiq desək futbolumuz olacaq.

Qazzettinin araşdırmasına görə mediada Samiraldonun adını tez-tez görən, ancaq xəbərləri oxumayan Turan PFK rəsmiləri gözlənilmədən Samiraldoya transfer təklifi ediblər. Klub rəsmiləri müxbirimizlə də danışıb: “ Bəli biz Samiraldoya transfer təklif etmişik, necə deyərlər elçi daşının üstündə oturmuşuq. İndiyənə kimi bütün məşhur futbolçular braziliyadan, portuqaliyadan çıxıb da, rivaldo olsun, cristiano ronaldo olsun. Biz də mediada oxuduq, gördük haqqında kitab yazılmış adamdı, özü də çiçəklənən ölkəmizdədi, dedik fürsəti əldən verməyək, gəlsin bizim klubda top qovsun. Bizim türk futbolçularımız var, onlar da Samiraldonun gəlməyini dəstəkləyir, deyirlər ki, gəlsin Turana, biz də TOP qovaq da. Onun gələcəyini eşidən digər futbolçularımız da çox sevinirlər, soyunub-geyinmə otağında onun üçün xüsusi tədbir hazırlayırlar”

Samiraldo da bu məsələylə bağlı Qazzetti-yə danışdı:

“Düzdür, mənə təklif eləyiblər. Mən də istəyirəm ki, gedim futbolumuzu da ağ günə çıxardım, heç olmasa mavi günə. Tovuzda məni çox sevirlər. Bir dənə bu Turanın adının yanındaki PFK sözü məni düşündürür. P sözünü camaat “Petux” zad başa düşər e, Petuxların Futbol Klubu, yaxşı deyil axı, ayıbdı”

Samiraldo Turana keçəcəyi təqdirdə ya Yanıxlı, ya da Dönük Qırıxlı kəndində qalacağını bildirib. Son olaraq Samiraldo müğənni Azisin Bakıya gəlməsi məsələsinə də toxunub.

“Elələrini Bakıya buraxmaq olmaz. Azisim Azisdi, tərbiyəsi ondan da Azisdi. Tərbiyəsizlərə bizim ölkədə yer yoxdu!”

 

Şərhlər