Müğənni: “O vaxt müharibə dövrü olub, ailəmizin imkanı olmayıb da, anam məni kreditlə doğub.”

10/06/2013 21:44

5074_k1dhcksq69Space telekanalında yenə bir qrup çılğın, həyat dolu gənc, İlhamə Quliyevanın ad gününü qeyd etdi. Səhərlər saat 8-9-dan etibarən telekanala yığışan bu gənc ruhlu insanlar müəyyən aralıqlarla İlhamə Quliyevanın ad gününü keçirməklə hər zaman diqqəti öz üzərilərinə çəkməyi bacarıblar. Artıq bir sekta halına gələn bu dəli-dolu birlik bu həftə də növbəti adgünü party-si ilə gündəmə gəliblər.

Müxbirimiz də diqqəti hər zaman cəlb edən bu party insanlarından Qazzetti üçün müsahibələr alıb və xüsusi xəbər hazırlayıb. Hər birimiz kimi müxbirimizin də ağlına gələn ilk sual bu olub: “Niyə ildə 150 dəfə İlhamə Quliyevanın ad gününü keçirdirsiniz?”

Buna isə səbəbkar xanım özü cavab verib: “Mənim ad günüm əslində doğrudan da ildə 150 dəfədir. O vaxt müharibə dövrü olub, ailəmizin imkanı olmayıb da, anam məni kreditlə doğub. Birinci əlim, sonra ayaqlarım… Belə 3-4 ilə gücnən yığıblar da. Ona görə mən belə görsənirəm…”

Party aminals da səbəbkarın sözlərini təsdiqləyib və bu möhtəşəm səhər şousunun sirrlərini müxbirimizlə bölüşüblər: “Biz bilirik e bizə heç kim baxmır. Özümüzə ləzzət eliyir də amma. Yığışırıq deyirik, gülürük. Səy-səy oynayırıq da özümüzçün, kimə ziyanımız dəyir ki. Bizim party-lərdə əsas məqam odur ki, axırda verilişin vaxtı qutarır – hansısa müğənniyə mahnısını oxumağa vaxt çatmır. Hərdən belə çılğınlıqlar etməyi xoşlayırıq da biz.”

Sonda isə səbəbkarın özü xüsusi təşəkkürlərinin olduğunu deyib. O bu partydə şəkildən də gördüyünüz kimi məşhur film qəhrəmanı Joker-i canlandırıb və onun ad gününə təşrif buyuran Batman, Superman, Spiderman kimi super qəhrəmanlara da təşəkkürünü bildirib.

Şərhlər