Miri Yusif yeni wap.shuwapshuwapshuwap.az saytını təqdim etdi

06/06/2013 12:46

safe_imageMiri Yusif yeni wap saytını təqdim etdi. Dəyirman qrupunun eks üzvü olan, sonradan solo fəaliyyətə başlayan müğənninin, repçinin yeni saytının təqdimetmə mərasiminə gedən müxbirimiz elə mərasim vaxtında wap saytda bir qız tutub. Wap. Shuwapshuwapshuwap.Az saytının təqdimetməsində Miri Yusif jurnalistlərin suallarını da cavablandırıb.

Qazzettinin Müxbiri Yusif də sənətçiyə öz sualını ünvanlaya bilib. Ona “Yusif bəy, mənə rəngli nik verə bilərsiniz?” deməyindən isə tədbirin təşkilatçısı əsəbləşib. “Mən kiməm ki, sənə nik verəm, mən kiməm ki, brat, mən heç kiməm, ölüb gedəcəm üç günə-beş günə, admin deyiləm, bu işə adminlər baxır… Mən heç kiməm, brat, heç kim… İndi də küsdüm, vapşe oynamıram mən…” deyib tədbiri tərk etməyə çalışan Miri Yusif elə tədbir qonaqları tərəfindən sakitləşdirilib. Tədbiri Yusif tərk etməyərək, söhbətə davam edib.

Başqa bir qəzetin müxbiri isə saytda Mirinin hansı niklə yazacağını öyrənmək istəyib; “Mən küləyəm, brat. Külək mənim nikimdi. Uşaqlıqdan ağlıma əsəni mahnı sözü kimi yazıram deyə, uşaqlar mənə külək deyirdilər. Elə o vaxtdan nikim belə qalıb…” Təqdimatda jurnalist Məşədibəy İlhamlının “Abi, şu wap saytı vardıya, noldu onun akırı?” sualı isə sənətçini xüsusi ilə əsəbləşdirib.  Müxbiri Yusif eşidəndə özündən çıxıb. Müxbirin telefonunu əlindən alıb yerə çırpıb. Təmiri Yusif öz üzərinə götürəcəyini bildirib sonradan, jurnalistə belə kobud davrandığı üçün də üzr istəyib. Jurnalistlər isə onu “Həri Yusif” deyərək, alqışlayıblar.

Onu da qeyd edək ki, 28 iyunda Yaşıl teatr səhnəsində Miri Yusif öz yeni, canlı konserti ilə çıxış edəcək. Biri Yusif, o biriləri Elmir, Malik olan Dəyirman qrupu da konsertdə iştirak edəcək. Miri Yusif  “Mən kiməm”, “Mən küləyəm”, “Yoxam mən” kimi hitlərdən sonra yeni “Məni tanımayan, özünü tanımır” mahnısını da təqdim edəcəyini deyib. Konsertdə Ramiz Rövşənin şeir deyəcəyi də məlum olub; Belə ki, şairin “Kiri Yusif, qəbrim damır ağlama…” şeiri də ilk dəfə bu konsertdə ifa olunacaq.

Şərhlər