Aleks Fergüssonun təqaüdə çıxmasının səbəbi kimi, İngiltərənin Əmək və Sosial Təminat Nazirliyinin, onun saqqızını oğurladığı bildirilir.

09/05/2013 12:44

Sir Alex Ferguson26 il Mançester Yunayted klubunun baş məşqçiliyini edən Aleks Fergüsson uzun müddətdən sonra istefaya çıxmağı qərara alıb. Dəqiq, vicdanlı və qurbanlı müxbirimiz Qurban Qurbanlı Aleks Fergüssonun istefaya getməyinin səbəblərini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, Fergüssonun istefaya çıxma səbəbi məhz İngiltərə kraliçasının İngiltərə Təhsil naziri Egypt Bravely-nin istefaya göndərməsidi. İngiltərənin sabiq təhsil nazirinin İngiltərə Milli Elmlər Akademiyasında yeni vəzifəyə başladığı deyilir.

Aleks Fergüsson isə öz çıxışında istefanın bu səbəbdən olduğunu etiraf edib: “Egypt müəllim artıq 15 ildir ki, Təhsil naziridir. Mən utanmaz-utanmaz 26 ildir baş məşqçilik edirəm. Belə olmaz, 4 il də qalsaydım Qəddafi ilə eyni müddətə çatacaqdım. Onun kimi axırım olsun istəmirəm. Mənim Egypt-dən nə əskikliyim var? Buna görə də istefamı tələb etdim. Təqaüdə çıxmağın vaxtıdır.”
“Mənim yerimə kim gələcək, bilmirəm, amma Egypt müəllimin yerinə keçən yeni təhsil naziri Michael Jabbar-ı təbrik edirəm, uğurlar arzu edirəm” deyə qeyd edən Aleks Fergüsson öz yerinə də gənc kadrların gətirilməsinin tərəfdarı olduğunu bildirib.
Mətbuatda Aleks Fergüssonun təqaüdə çıxması ilə bağlı uzun müddət israrların olduğu da qeyd olunur. Belə ki, İngiltərənin Əmək və Sosial Təminat Nazirliyi uzun müddət MU-nun baş məşqçisinin saqqızını oğurlamağa çalışıbmış.

Şərhlər