Pique: “Shakira mənə təzə mahnı yazıb, “nemes”lərin acığına”

03/05/2013 15:26

Gerard Piqué and Shakira“Shakira mənə yeni mahnı yazıb. Bilirsiniz, “nemes”lərin acığına”.( Bayern Munich oyunçularını nəzərdə tutur).  Bunu Qazzetti.com-a açıqlamasında Shakira-nın həyat yoldaşı Pique  söyləyib.

Shakiranın açıqlaması isə belə olub:

“O  mənə qol vuracağını söz vermişdi, gedib öz qapısına qol vurmuşdu. Özü də bütün nemeslərin içində. Adımızı batırmışdı, buna gülürdülər. Oyundan sonra bundan məzələniblər ki, “Alə bunun həyat yoldaşı icetea Telmannan oynuyan Shakira deyildi?”.  Oyundan sonra Alabaya deyib ki, gəl formamızı dəyişək. Alaba qayıdıb buna deyib ki “ala baa”. Pis olmuşdu Pique. Özünə yer tapa bilmirdi. Səhər xaşxanalardan xaş yeyəndə, axşam pike-kabab yeyəndə tutub gətirirdim bunu evə. Mən də onu bu vəziyyətdən qurtarmaq üçün ona mahnı həsr elədim. Mahnımın adı da “ Sənin qədrini ne mes bilər, ne messi” qoydum. İndi biz çox xoşbəxtik.”

Şərhlər