Xristiano Ronaldo adını dəyişərək Müsəlmano Ronaldo oldu.

19/04/2013 15:01

Muselmano RonaldoBu yaxınlarda İsrail futbolçuları ilə görüşməyən, fələstinli uşaqlara dəstək olan olan Cristiano Ronaldo müsəlman dünyasının xüsusi rəğbətini qazanmağı bacarmışdı. Bununla qalmayan Ronaldo yeni görüntüləri ilə yenə müsəlman dünyasının gündəminə gəlməyi bacarıb.

Saç düzümündə ərəbcə Allah yazılan Ronaldo yeni açıqlamaları ilə hamını sevindirib. “O bildirib ki, mən bunu bilərəkdən etmişəm. Mən bugünə kimi elə bil yaşamırdım. Sağolsun Məsut qardaşım Madridə gələndən sonra mənim gözlərimi açdı. Adımı da dəyişəcəm, Xristiano Ronaldo nədi, hamı elə bilir xristianam, bundan sonra Müsəlmano Ronaldo olacam. Nömrəmdə özünüz görürsüz ki, 7-di. Müqəddəs rəqəmdi.”

Bundan əlavə Cristiano Ronaldonun bu istiqamətdə işlərini davam etdirəcəyi söz-söhbətləri də səngimir. Deyilənə görə Ronaldo bundan sonra bütün Pireney yarımadasının şeyxi olmaq istəyir. Yarımadanın adından da göründüyü kimi burda bir sıra Pirlər, ocaqlar da mövcuddur. Ehtimal olunur ki, Ronaldo Bakıya gələndə Həmid Herisçi ilə görüşüb, onu Pireneydəki pirləri işıqlandırmağa dəvət edib.

Ronaldonun zövcəsinin adının da İrina Şeyx olması məhz Ronaldonun bu arzusu ilə bağlı olduğu güman edilir. Gələcək Şeyx özünə adına uyğun bir qadın seçməklə hamıya nümunə olmaq istəyib.

Şəkildən göründüyü kimi oyunda, evdə hər yerdə namaz qılan, heç vaxt namazı gecikdirməyən Cristiano Ronaldo yaxın dostları  ilə söhbətində bildirib ki, onun ən böyük arzusu Həccə gedib, Hacı Ronaldo olmaqdır. O istəyir ki, meyxanaçılar “Biz hacı ronaldodan səs istəyirik” deyib, ondan sms gözləsinlər.

Şərhlər