Cristiano Ronaldo soyundu!

27/03/2013 16:19

733876_448229528589710_1835448032_nPortuqaliyalı fubolçuların Azərbaycana səfəri xüsusi hadisələrlə yadda qaldı. Xüsusi ilə Cristiano Ronaldonun oynamasa da Bakıya gəlməsi ona qarşı olan sevgini daha da artırdı. Şəhərdə Portuqaliya yığması haqqında müəyyən söz-söhbətlər də yayıldı.

Bu haqqda Qazzetti də kiçik bir araşdırma apardı. Paytaxt sakinlərinin fikirləri ilə maraqlandıq və gənc portuqaliya azarkeşindən oyun və oyunçular haqqında fikirlərini soruşduq.

Gəncimiz şəhərdə gəzən söz-söhbətləri bizə belə çatdırdı “Ronaldo kişi adamdı. Sırf dostlarını görmək üçün Bakıya kimi durdu gəldi. Oyundan qabaq soyundu, dostları ilə məşqə çıxdı. Deyirlər  hələ dünən gecə içib, əsəbləşib, azadlıq zad qışqırıb. Zornan sakitləşdiriblər. Sonra Sizə kimdən deyim. Pepedən deyim. Pepe gedib Nidaya üzv olacaqmış az qala. Allahdan Almeida onu Mcdonalds’ın qabağında heykəlnən şəkil çəkdirən yerdə görüb, otuzdurub Pepeni taxiyə, gətirib otelə. Deyilənə görə futbolçular sonra meyxana məclisində yığışıblar. Meyxanaçılarnan görüşdən sonra Rəşad Dağlı soz veribki: “Narahat olmuyun, Messi Bakıya gəlsə onu tutub papanində nanay naynanay.”

Gəncimizin bu hərarətli çıxışından sonra biz Ronaldonun sonra nə etdiyi ilə maraqlandıq. İnternetdə yayılan şəkillərdən anladıq ki, Ronaldo ölkənin ən dinlənilən səhər verlişi olan Manpasının aparıcıları DJ Fateh və Rəvan Bağırovla görüşüb. Məşhur aparıcılarımız, Elmlər Akademiyasının fəxri doktorları Ronaldo ilə öz planlarını müzakirə ediblər. Ronaldo bildirib ki, “Hər səhər işə gedəndə Sizə qulaq asıram. Valah, heçnə başa düşmürəm amma o qədər gülürəm ki. ”  Dj Fateh də Ronaldoya öz planlarını danışıb,  yeni layihəyə başlayacağını bildirib. Öyrəndiyimiz məlumatlara görə yeni layihənin adı “ Dj Fatehlə Çiçəkli dəqiqələr” olmalıdır. Qəhrəmanlarımız sonda xatirə şəkli də çəkdiriblər. Ronaldonun təklifi ilə şəkili elə çəkdiriblər ki, baxanlar ronaldonun ora photoshop vasitəsi ilə qoyulduğunu zənn etsinlər və “bu photoshopdu eheh” commenti yazsınlar.

Şərhlər