Gürcüstan Turizm Naziri: “Yenə bayram gəlir, azərbaycanlı ictimai sektor uşaqları doluşacaq ölkəyə, itin balasıdı…”

18/03/2013 00:01

Mikhail-Saakashvili_788547cBu dəfə redaksiyamıza xəbər ölkə xaricindən daxil olub. Belə ki, “Yetimlərin heç nəyi yoxdur, amma günü-gündən inkişaf edirlər” cümləsi ilə tanınan, bütün Qafqazın ən sadə prezidentinə sahib ölkədən – Gürcüstandan gələn xəbərdə bildirilib ki, qonşu ölkənin Turizm Nazirliyi Novruzun gəlişindən çox narahatdır.

Keçi buynuzunda gürcü çaxırı içib Adil Mirseyidin “qar yağır” şeirinə qulaq asan müxbirimiz o dəqiqə Gürcüstana ezam olunub. Gürcüstanın Turizm naziri ilə görüşüb müsahibə alan müxbirimiz nazirliyin narahatlığının səbəbini də öyrənib: “Keçən yay da gəlmişdilər. Hələ biri var, gəlib yazı da yazır. Deportasiya eləmişik ölkədən. Siz də bu haqda yazdınız, işıqlandırınız məsələni, çox sağ olun. İndi Novruz gəlir, yaz tətilində yenə yığışıb gələcəklər bura.”

“Keçən dəfə gələndə avtobusda bizim prezidenti görüblər. Düşəndə uşaqlardan biri “brat, düşərsən pulun çatıb” deyib Saakaşviliyə. Hələ utanmaz-utanmaz da prezidentdən ölkədə rüşvətin necə yığışdırdığını da soruşublar. “Açılın başımdan, bezdirdiz day” deməyə məcbur olub prezidentimiz. Qoyub bizi gedirdi prezidentimiz, ilim-ilim itirdi prezidentimiz.  Ölkədə az qalsın xaos yaranırdı” deyə bildirən Turizm naziri Azərbaycana viza sisteminin tətbiqini təklif edəcəyini də qeyd edib.

Şərhlər